Azərbaycan və Özbəkistan dövlət-özəl tərəfdaşlığı formatında idman infrastrukturunun yaradılmasını müzakirə edib
Özbəkistanda səfərdə olan Azərbaycan Minifutbol Federasiyasının və “Zirə” Peşəkar Futbol Klubunun fəxri prezidenti Orxan Məmmədov Özbəkistanın idmanın inkişafı naziri A.İ.İkramov ilə görüşüb.

Görüşdə futbol və minifutbolun inkişafı sahəsində əməkdaşlıq potensialına, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə əlaqələndirməklə dövlət-özəl tərəfdaşlığı formatında idman infrastrukturunun yaradılması imkanlarına dair fikir mübadiləsi aparılıb.

Xəbər 227 dəfə oxundu.