Ümumdünya Şahmat Olimpiadası: Komandalarımız Ukrayna və Kuba yığmaları ilə mübarizə aparacaqlar
Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam ed

Bu gün keçiriləcək 5-ci turda kişilərdən ibarət komandamız (Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vasif Durarbəyli, Nicat Abasov) Kuba, qadın yığmamız (Günay Məmmədzadə, Gövhər Beydullayeva, Gülnar Məmmədova və Ülviyyə Fətəliyeva) isə Ukrayna şahmatçıları ilə mübarizə aparacaqlar.

Qeyd edək ki, qadın şahmatçılarımız ötən turların hamısında qələbə qazanaraq 8 xalla ilk pillədə qərarlaşıb. Kişilərdən ibarət komandamız isə (3 qələbə, 1 heç-heçə) 7 xalla 8-ci sıradadır.

Olimpiadada kişilərin yarışında 188, qadınların turnirində isə 162 ölkədən komandalar mübarizə aparırlar.

İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət yarış avqustun 9-dək davam edəcək.

Xəbər 296 dəfə oxundu.