Bakıda Universal Döyüş idman növü üzrə növbəti “Peşəkarlar Arasında Reytinq Yarışları” keçirilib
Azərbaycan Universal Döyüş Federasiyası maraqlı yarış və turnirləri mütəmadi olaraq ölkəmizdə keçirməklə əlbəyaxa döyüş növlərini ən yüksək səviyyədə təbliğ edir. Növbəti belə möhtəşəm turnirlərdən biri də Bakıda təşkil olunub.

Azərbaycan Universal Döyüş Federasiyası, Azərbaycan Peşəkar Universal Döyüş Liqası və “Qartal” Peşəkar İdman Klubunun birgə layihəsi olan bu turnir “Peşəkarlar Arasında Reytinq Yarışları” xarakteri daşıyıb.

Yeddi çəki dərəcəsi üzrə keçirilən yarışda 55 kq-da Zəfər Abdulrəhmanov (Xaçmaz, “Əhməd Fight Club”), 60 kq çəki dərəcəsində Elvin Hüseynli (Şəki “Qafqaz” idman klubu), 65 kq çəkidə Miradəm İbrahimov (Biləsuvar, “Zəfər” idman klubu), 70 kq-da Nurlan Babayev (Xaçmaz, “Əhməd Fight Club”), 80 kq çəkidə Murad Şeldiyev (Bərdə, “Laçın” İK), +90 kq-da Vahid Əsədov (Yevlax idman klubu) və qadın idmançılar arasında 65 kq çəki dərəcəsində Fərqanə Saxrayeva (Yevlax idman klubu) qalib olublar.

Turnirin qalibləri həmçinin növbəti beynəlxalq yarışlarda iştirak etmək hüququ verən lisenziya əldə ediblər.

Xəbər 319 dəfə oxundu.