Qadın şahmatçılarımız Olimpiadada məğlubiyyətsiz irəliləyirlər
Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir.

Bu gün keçirilən 4-cü turda qadın yığmamız (Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva) İsrail şahmatçılarını 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, şahmatçılarımız ötən turları da qələbə ilə başa vurublar.

Olimpiadada qadınların turnirində 162 ölkədən komandalar mübarizə aparırlar.

İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət yarış avqustun 9-dək davam edəcək.

Xəbər 206 dəfə oxundu.