“Qarabağ” ilə oyun öncəsi “Ferentsvaroş” klubu ciddi itki ilə üzləşib
Macarıstanın “Ferentsvaroş” klubunun futbolçusu Henri Uinqo zədələnib.

Bu barədə komandanın baş məşqçisi Stanislav Çerçesov açıqlama verib.

Rusiyalı məşqçi bildirib ki, ABŞ-dan olan 27 yaşlı müdafiəçi Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununu buraxacaq.

Avqustun 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Xəbər 216 dəfə oxundu.