Böyükağa Hacıyev: Bu gün biz nəticəyə oynadıq
“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın V turunda “Xəzər Lənkəran” üzərində qazanılan 2:1 hesablı qələbədən sonra fikirlərini açıqlayıb. İdman.com.az saytının xəbərinə görə, o, sehrbaz olmadığını bildirib:

“Biz oyun üslubumuzu bir qədər dəyişmək məcburiyyətində qalmışdıq. Çünki “Xəzər Lənkəran”la oyunu Serbiyanın “Partizan” klubunun məşqçisi də izləyirdi. Kartların hamısını bu görüşdə aça bilməzdim.

Mən sehrbaz deyiləm. Ona görə də gələn həftə nə olacağını deyə bilmərəm. Ola bilər ki, “Sumqayıt”a uduzarıq. Amma “Partizan”ı məğlub edəcəyik. Hər şeyə rəğmən, bu gün biz nəticəyə oynadıq. Nəticə də məni qane edir”.

Xəbər 1164 dəfə oxundu.