Yeni mövsümün startı ərəfəsində futbol hakimləri ilə görüş olub
Avqustun 1-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Sərxan Hacıyev və Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Premyer Liqa və Birinci Divizion oyunlarını idarə edəcək hakimlərlə görüşüb.

Hakimlər Komitəsinin sədri Barış Şimşek və komitə üzvlərinin iştirak etdiyi görüş zamanı assosiasiya və PFL rəsmiləri hakimlərə yeni mövsümün startı ərəfəsində uğurlar arzulayıb, müvafiq tövsiyələrini veriblər.

Xəbər 209 dəfə oxundu.