Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniyadakı təlim-məşq toplanışını başa vurub
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniyadakı təlim-məşq toplanışını başa vurub.

iyulun 18-dən Mariborda hazırlıq keçən Eldar Yusubovun rəhbərlik etdiyi komanda bu gün Bakıya qayıdıb.

Azərbaycan millisi səfər çərçivəsində yerli yığma ilə iki yoxlama matçı keçirib. Sloveniya millisi ilə keçirilən hər iki görüş Azərbaycan voleybolçularının xeyrinə yekunlaşıb.

Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarına və Avropa çempionatının təsnifat mərhələsinə hazırlaşan Azərbaycan yığması plana uyğun olaraq hazırlığın son mərhələsini Bakıda davam etdirəcək.

İslamiadada voleybol yarışları avqustun 8-16-da keçiriləcək. Voleybol millisi Türkiyəyə avqustun 5-də yola düşəcək. Yarışda Azərbaycan millisi B qrupunda Əfqanıstan, Seneqal və Kamerun yığmaları ilə üz-üzə gələcək.

Milli komandamız “Avro-2023”ün təsnifat mərhələsində isə ilk rəsmi matçını avqustun 20-də Bakıda Gürcüstan komandasına qarşı keçirəcək.

Xəbər 234 dəfə oxundu.