Azərbaycanın U-19 komandası yoldaşlıq oyununda belaruslu həmyaşıdlarına qalib gəlib
Bakıda təlim-məşq toplanışını başa vuran 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.

“Dalğa Arena”da Belarusun müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız 2:1 hesablı qələbə qazanıb.

U-19-un qollarını 44-cü dəqiqədə Qurban Səfərov və 56-cı dəqiqədə penaltidən Nəriman Axundzadə vurublar.

Qeyd edək ki, komandalar arasında iki gün əvvəl keçirilmiş ilk oyun millimizin 1:0 hesablı qələbəsi ilə nəticələnmişdi.

Xəbər 211 dəfə oxundu.