“Gənclər” komandası 23-cu ölkə kuboku yarışının qalibi olub
“ASCO Arena”da həvəskar futbol komandaları arasında 23-cu ölkə kuboku yarışının final oyunu keçirilib.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 50 illik yubileyinə həsr olunmuş kubok yarışının final oyununda “City Baku” və “Gənclər” komandaları qarşılaşıblar.

Rəqibini 6:1 hesabı ilə məğlub edən “Gənclər” komandası ölkə kuboku yarışının qalibi olub.

Final oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunub. Qalib komandaya kuboku AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov və Azərbaycan Həvəskarlar Futbolu Federasiyasının prezidenti Rüfət Əmirov təqdim ediblər.

Xəbər 217 dəfə oxundu.