“Neftçi” yenə əzəli rəqibinə yerini göstərdi
Bu gün Azərbaycan Premyer Liqasında V turun növbəti oyunları keçirilib. İdman.com.az saytının məlumatına görə, 1 gün əvvəl baş tutan “Bakı” – “Turan” matçı ilə start götürən turun 4 qarşılaşması baş tutub.

Matçların 2-si paytaxtda, 2-si isə kənarda təşkil edilib. Turun mərkəzi görüşü Bakıda olub. Azarkeşlərin səbirsizliklə gözlədiyi “Neftçi” – “Xəzər Lənkəran” görüşündə ev sahibləri qələbə qazanıblar. Baxmayaraq ki, “ağ-qaralar” oyunun gedişində hesabda geri idi.

Günün digər matçlarından “Rəvan” – “Simurq” qarşılaşması daha çox maraq doğurub. Yayda heyətini xeyli gücləndirmiş Zaqatala klubu yekunda qalib gəlib. “Qəbələ” gözlənilmədən səfərdə autsayder “Kəpəz”ə uduzub.

Azərbaycan Premyer Liqası, V tur
15 sentyabr (şənbə)

“Rəvan” – “Simurq” - 0:2
Qol: Mario Bojiç, 71; Marçin Burxardt, 77
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Ramiz Əsədov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Nüvər Xasıyev
Bayıl Arena stadionu.

“İnter” – “Sumqayıt” - 1:0
Qol: Djako Arafat, 4
Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Coşqun Həsənov, Fərid Məmmədov
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Füzuli Nəcəfov
“Şəfa” stadionu.

“Kəpəz” - “Qəbələ” - 1:0
Qol: Bəxtiyar Soltanov, 44
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Səfər Haşımov
Gəncə şəhər stadionu.

“Neftçi” – “Xəzər Lənkəran” - 2:1
Qol: Nikolas Kanales, 17; Flavinyo, 72 - Sadio Tounkara, 8
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, İlham Əliyev, Fuad Həsənov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Əli Hüseynov
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.

Xəbər 1007 dəfə oxundu.