FIDE: Şahmatçılarımız dünya reytinqində irəliləyiblər | |
Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov (2758 xal) 2, Teymur Rəcəbov (2747 xal) isə 3 pillə irəliləyiblər. Ş.Məmmədyarov hazırda dünya reytinqində 10-cu, T.Rəcəbov 15-ci yeri tuturlar. Kişi şahmatçılarımızdan ilk yüzlükdə iki təmsilçimiz yer alıb. Belə ki, Qədir Hüseynov (2668 xal) 78-ci, Rauf Məmmədov isə (2656 xal) 93-cü pillədə qərarlaşıblar. Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2864 xal) başçılıq edir. Çinli Liren Dinq (2808 xal) ikinci, FIDE-ni təmsil edən Yan Nepomnyaşi (2792 xal) isə üçüncü yerdədirlər. Qadınların reytinq cədvəlində isə şahmatçılarımızdan Günay Məmmədzadə 5 pillə irəliləyərək 2466 xalla 21-ci yerdə qərarlaşıb. Ülviyyə Fətəliyeva (2413) 41-ci, Gülnar Məmmədova (2380 xal) isə 68-ci pillələrdə yer alıblar. Çinli Hou Yifan (2650 xal) qadınların reytinq cədvəlinə başçılıq edir. Rusiyalı Aleksandra Qoryaçkina (2579 xal) və çinli Ju Venjun (2560 xal) sonrakı iki pillədə qərarlaşıblar. |
|
Xəbər 226 dəfə oxundu. |
|
|