MOK-un baş katibi Azər Əliyev “EYOF-2022”də uğur qazanan idmançılarımızı mükafatlandırıb
Slovakiyanın Banska Bıstritsa şəhərində keçirilən Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalının (EYOF) sonuncu günündə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katib Azər Əliyev idmançılarımız ilə görüşüb.

A.Əliyev idmançılara göstərdikləri əzmkarlıq və əldə etdikləri nəticə ilə əlaqədar təşəkkürünü bildirib.

Daha sonra o, medalçılara qurumun xüsusi mükafatını təqdim edib.

Azərbaycan “EYOF-2022”də 33 idmançı ilə təmsil olunub. Onlardan yalnız cüdoçular 2 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıblar.

Qeyd edək ki, EYOF Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında keçirilir və 13 - 18 yaşlı idmançılar üçün ilk çoxprofilli Avropa tədbiridir. “EYOF-2022” “Parlamağa hazırıq” devizi altında keçirilib.

Xəbər 294 dəfə oxundu.