"PSJ" 11-ci dəfə Fransa Superkubokunu qazanıb
"Paris Sen-Jermen" futbol klubu Fransa Superkuboku uğrunda keçirilən oyunda "Nant" komandasını 4:0 hesabı ilə məğlub edib.

Görüş Tel-Avivdə yerləşən "Blumfild" stadionunda keçirilib.

Oyunda hesabı 22-ci dəqiqədə Lionel Messi açıb. Digər qolları Neymar (45+6, 82, penaltidən) və Serxio Ramos (57) vurublar.

Bununla da "PSJ" Fransa Superkubokunda 11-ci dəfə qalib olub. Qeyd edək ki, Paris klubu bu göstərici üzrə rekorda sahibdir.

Xəbər 210 dəfə oxundu.