Ümumdünya Şahmat Olimpiadası: Kişi şahmatçılarımız növbəti qələbəni qazanıblar
Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir.

III turda şahmatçılarımız Argentina yığması ilə mübarizə aparırlar. Artıq komandamız növbəti qələbəsini qazanıb. Belə ki, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov öz rəqiblərilə qarşılaşmanı qələbə ilə başa vurublar. Nicat Abasov isə rəqibi ilə heç-heçə edib. Bununla da komandamız aktivinə 2,5 xal yazdırmaqla qələbəni təmin edib. Qədir Hüseynovun oyunu isə hələ davam edir.

Xəbər 206 dəfə oxundu.