“Neftçi” – “Rapid” oyununu xorvatiyalı hakimlər briqadası idarə edəcək
Bakıda “Neftçi” və Avstriyanın “Rapid” (Vyana) komandası arasında keçiriləcək UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununu xorvatiyalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Dario Bel olacaq. Ona Maryan Tomas və Kristian Novosel köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Tixomir Pein yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 4-də “Bakcell Arena”da keçiriləcək oyun saat 21:00-da başlayacaq.

Xəbər 331 dəfə oxundu.