Bakının “Sabah” klubu Kipr komandası ilə yoxlama oyununda məğlub olub
Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışını davam etdirən Bakının “Sabah” futbol klubu hazırlıq çərçivəsində sonuncu yoxlama oyununa çıxıb.

Komanda Kiprin Yüksək Liqa təmsilçisi “Nea Salamina” klubu ilə qarşılaşıb. Görüş “Nea Salamina”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Sabah"ın yeganə qolunu isə Bəxtiyar Həsnəlizadə vurub.

Qeyd edək ki, iyulun 17-dən Banskoda təlim-məşq toplanışında olan “Sabah” hazırlıq çərçivəsində İsrailin “Hapoel Hadera” (0:1) və Kiprin “Akritas Xlorakas” (2:3) klubları ilə qarşılaşıb. Bolqarıstan toplanışına iyulun 31-də yekun vurulacaq.

Xəbər 210 dəfə oxundu.