Azərbaycan komandası Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında yarımfinala yüksəlib
Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında qarışıq komanda yarışı davam edir.

Bu gün qızlardan və oğlanlardan ibarət komandamız Macarıstan və Rumıniya komandalarını məğlub edərək yarımfinala yüksəlib. Cüdoçularımız final uğrunda Fransa yığması ilə mübarizə aparacaqlar.

Qeyd edək ki, cüdoçularımız festivalın fərdi yarışlarında 1 qızıl, 4 gümüş, 2 bürünc medalla ümumi hesabda 4-cü pillədə qərarlaşıblar.

Xəbər 201 dəfə oxundu.