Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalı: Cüdoçularımız qızıl medal uğrunda mübarizə aparacaqlar
Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında qarışıq komanda yarışı davam edir.

Bu gün qızlardan və oğlanlardan ibarət komandamız yarımfinalda Fransa yığmasını 4:3 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıblar.

Qeyd edək ki, cüdoçularımız festivalın fərdi yarışlarında 1 qızıl, 4 gümüş, 2 bürünc medal qazanaraq ümumi hesabda 4-cü pillədə qərarlaşıblar.

Xəbər 518 dəfə oxundu.