Yeniyetmə taekvondoçumuz dünya birinciliyinin finalına yüksəlib
Bolqarıstanın Sofiya şəhərində taekvondo üzrə yeniyetmələr arasında keçirilən dünya birinciliyində Azərbaycan komandasının üzvü Mehdi Budaqlı finala yüksəlib.

Yarışın ikinci günündə 33 kiloqram çəki dərəcəsində mübarizə aparan taekvondoçumuz yeni qaydalara əsasən, kanadalı Levi Gavası, avstraliyalı Dieqo Querubini, israilli Yonatan Haimi və Fransa təmsilçisi Nelson Dedegbeni 2:0 hesabla məğlub edərək yarımfinala adlayıb. O, finala vəsiqə uğrunda moldovalı Maksim Crovcenkoya da qalib gəlib (2:0). Həlledici döyüşdə idmançımız özbək idmançı Dilmurod Marufjonovla qarşılaşacaq.

Qeyd edək ki, 4 gün davam edəcək dünya birinciliyində 17 (10 oğlan və 7 qız) taekvondoçumuz medallar uğrunda mübarizə aparır.

Xəbər 410 dəfə oxundu.