“Muğan” Ağır Atletika Klubunun açılışı olub
Bu gün Sabirabad şəhərində “Muğan” Ağır Atletika Klubunun açılışı mərasimi keçirilib.

Açılışda federasiyanın prezidenti İnam Kərimov, Gənclər və İdman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Milli Məclisin deputatı Kamal Cəfərov və digər şəxslər iştirak ediblər. Qonaqlar burada yaradılan şəraitlə tanış olub, fikirlərini bölüşüb, tövsiyələrini veriblər.

“Muğan” Ağır Atletika Klubu bu il yaranıb. Klubun bazası özəl sektora məxsus olan idman zalı üçün uyğunlaşdırılmış və tam yeni təmirdən çıxmış iki zaldan ibarətdir. Ağır atletika ilə məşğul olmaq üçün bütün avadanlıqlarla təmin olunmuş xüsusi zal 150 kvadratmetr, ikinci zal isə 120 kvadratmetr sahədən ibarət olmaqla trenajor avadanlıqları ilə təmin olunub. Ümumilikdə, binanın sahəsi 396 kvadratmetrdir.

Xəbər 318 dəfə oxundu.