Bakıda kişi tennisçilər arasında "Davis Cup-2022” kuboku yarışının qrup oyunlarına start verilib
Bakıda kişi tennisçilər arasında "Davis Cup-2022” kuboku yarışının qrup oyunlarına start verilib.

ATF və Beynəlxalq Tennis Federasiyasının birgə əməkdaşlığı ilə paytaxtımızda ilk dəfə təşkil edilən Avropa IV qrup oyunları Bakı Tennis Akademiyasında keçirilir.

Yeddi ölkənin təmsil olunduğu oyunlar iyulun 30-dək davam edəcək. Yarışda A qrupunda San-Marino, İslandiya, Albaniya, B qrupunda isə Malta, Andorra, Azərbaycan və Kosova mübarizə aparır. Qrup qalibləri pley-of mərhələsində qarşılaşacaqlar.

Qrup oyunlarını gənclər və idman naziri Fərid Qayıbov da izləyib. Oyundan əvvəl nazir yarışın keçirildiyi Bakı Tennis Akademiyasının vəziyyəti ilə tanış olub, burada idmançıların məşq şəraiti ilə maraqlanıb.

Xəbər 409 dəfə oxundu.