“Ferentsvaroş” - “Qarabağ” oyununu ispaniyalı hakimlər briqadası idarə edəcək
Macarıstanda “Ferentsvaroş” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunu üçün təyinatlar açıqlanıb.

Budapeştdəkı qarşılaşmanı İspaniyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Karlos del Serro olacaq. Ona Xose Naranxo və Qonsalo Qonsales laynsmanlar qismində köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Migel Anxel Ortis Arias yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 9-da oynanılacaq matç Bakıda vaxtı ilə saat 22:00-da başlayacaq. İlk görüş avqustun 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq.

Xəbər 399 dəfə oxundu.