Şahmatçılarımız Ümumdünya Şahmat Olimpiadasında mübarizəyə başlayırlar
Bu gün Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadasının birinci turunun oyunları keçiriləcək.

Kişi şahmatçılardan ibarət Azərbaycan millisinin heyətində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli və Nicat Abasov yer alıblar. Qadın şahmatçılardan ibarət yığmanın heyətinə isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva daxildir. Bu gün keçiriləcək birinci turun oyunlarında kişilərdən ibarət komandamız Əlcəzair, qadın şahmatçılarımız isə Birləşmiş Ərəb Əmirliklərinin yığmaları ilə üz-üzə gələcəklər.

Olimpiadada kişilərin yarışında 188, qadınların turnirində isə 162 ölkədən komandalar mübarizə aparacaqlar.

İsveçrə sistemi üzrə keçiriləcək və 11 turdan ibarət olacaq yarış avqustun 9-dək davam edəcək.

Xəbər 228 dəfə oxundu.