UEFA Konfrans Liqası: “Neftçi”nin “Rapid”lə ilk matçının başlama saatı açıqlanıb
Bakının “Neftçi” futbol klubunun UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində Avstriyanın “Rapid” (Vyana) komandasına qarşı keçirəcəyi ilk oyunun vaxtı müəyyənləşib.

Bu komandalar arasındakı ilk qarşılaşma avqustun 4-də Bakıda baş tutacaq.

“Bakcell Arena”da keçiriləcək bu oyuna saat 21:00-da start veriləcək.

Tərəflər arasındakı cavab görüşü isə bir həftə sonra Vyanada keçiriləcək.

Xəbər 325 dəfə oxundu.