Argentina, Uruqvay, Çili və Paraqvay 2030-cu ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək üçün birgə ərizə təqdim edəcək
Latın Amerikasının 4 ölkəsi – Argentina, Uruqvay, Çili və Paraqvay 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün birgə ərizə təqdim edəcək.

Adları çəkilən ölkələrin namizədliyinin göndərilməsi üçün müraciət avqustun 2-də rəsmiləşəcək. Tədbir Montevideodakı (Uruqvay) “Centenario” stadionunda baş tutacaq. Tədbirdə KONMEBOL prezidenti Alexandro Dominqes və 4 federasiyanın rəhbəri iştirak edəcək.

Növbəti dünya çempionatı bu il - noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. 2026-cı ildə isə mundiala ABŞ, Kanada və Meksika birgə ev sahibliyi edəcək.

Xəbər 328 dəfə oxundu.