UEFA Konfrans Liqası: “Qəbələ” - “Fehervar” oyunu başlayıb
“Qəbələ” futbol klubu UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Komandamız Qəbələ şəhər stadionunda Macarıstanın “Fehervar” klubunu qəbul edir.

“Qəbələ”nin start heyətində Səlahət Ağayev, İlkin Qırtımov, Ruan Renato, İsnik Alimi, Feras Abu Akal, Rövlan Muradov, Omar Hani, Asif Məmmədov, Rafael Utziq, Məqsəd İsayev və Felipe Santos yer alıblar.

“Fehervar”ın heyətində isə meydana Daniel Kovaç, Attila Fiola, Yevgeni Makarenko, Budu Zivzivadze, Loik Neqo, Artyom Şabanov, Stopira, Pal Darda, Nikola Serafimov, Marsel Heyster və Klaudiu Bumba çıxıblar.

Matçı avstriyalı baş hakim Kristofer Yager idarə edir.

Qeyd edək ki, Macarıstanda oynanılan ilk matçda “Qəbələ” 1:4 hesabı ilə uduzub.

Xəbər 332 dəfə oxundu.