UEFA Konfrans Liqası: “Qəbələ” və “Fehervar” komandalarının start heyətləri açıqlanıb
“Qəbələ” futbol klubu ilə “Fehervar” (Macarıstan) arasında keçiriləcək UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu üçün komandaların start heyətləri açıqlanıb.

“Qəbələ”nin start heyətində Səlahət Ağayev, İlkin Qırtımov, Ruan Renato, İsnik Alimi, Feras Abu Akal, Rövlan Muradov, Omar Hani, Asif Məmmədov, Rafael Utziq, Məqsəd İsayev və Felipe Santos yer alıblar.

“Fehervar”ın heyətində isə meydana Daniel Kovaç, Attila Fiola, Yevgeni Makarenko, Budu Zivzivadze, Loik Neqo, Artyom Şabanov, Stopira, Pal Darda, Nikola Serafimov, Marsel Heyster və Klaudiu Bumba çıxacaqlar.

Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Macarıstanda oynanılan ilk matçda “Qəbələ” 1:4 hesabı ilə uduzub.

Xəbər 375 dəfə oxundu.