“Səbail”dən ayrılan Camal Araqo Səudiyyə Ərəbistanının “Ohod” klubu ilə müqavilə imzalayıb
İyunda Bakının “Səbail” klubundan ayrılan Camal Araqonun yeni klubu müəyyənləşib.

Qanalı müdafiəçi karyerasını Səudiyyə Ərəbistanının “Ohod” klubunda davam etdirəcək. O, artıq yeni klubunda ictimaiyyətə təqdim edilib.

Qeyd edək ki, futbolçu 2021-ci ildən Bakı təmsilçisində oynayıb. Klub onunla iyunda başa çatan müqaviləni yeniləməyib.

Xəbər 226 dəfə oxundu.