Fövqəladə Hallar Nazirliyinin əməkdaşı beynəlxalq idman yarışının qalibi olub
Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi Cəlal Süleymanov “Ümumdünya Polis və Yanğınsöndürən Oyunları-2022”nin qalibi olub.

Hollandiyanın Rotterdam şəhərində 63 idman növü üzrə 70 ölkədən 10 minə yaxın idmançının mübarizə apardığı çempionatda FHN-in əməkdaşı Cəlal Süleymanov idmanın sərbəst güləş növü üzrə yarışlara qatılıb.

Altmış beş kiloqram çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Braziliya, Slovakiya və Türkiyədən olan idmançıları məğlub edərək qızıl medala layiq görülüb.

Xəbər 270 dəfə oxundu.