“Turan Tovuz” yoxlama oyununda “Dinamo”ya (Tbilisi) məğlub olub
“Turan Tovuz” Gürcüstandakı təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.

2022/2023-cü il mövsümü üçün hazırlığını Tbilisidə davam etdirən komanda ikinci yoxlama oyununda yerli “Dinamo” ilə qarşılaşıb.

Baş məşqçi Ayxan Abbasovun yetirmələri sonuncu mövsümdə Gürcüstan Yüksək Liqasının gümüş medalçısı olmuş Tbilisi təmsilçisinə uduzub. Oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

“Turan Tovuz” ilk yoxlama oyununda Tbilisinin digər təmsilçisi “Merani”yə 3:1 hesabı ilə qalib gəlmişdi.

Xəbər 340 dəfə oxundu.