AFFA: Altı klubun Birinci Divizionda iştirakına icazə verilməyib
AFFA-nın İcraiyyə Komitəsinin iyulun 15-də keçirilən iclasında qəbul olunmuş müvafiq qərara əsasən, Region Liqası komandalarının Birinci Divizionda çıxış edə bilməsi üçün AFFA və Peşəkar Futbol Liqası (PFL) tərəfindən müvafiq meyarlar müəyyənləşdirilmiş və ictimaiyyətin diqqətinə çatdırılmışdı.

iyulun 25-dək “Füzuli”, “Ağsu Siti”, “Göyəzən”, “İrəvan”, “Qobustan” və “Bakılı” klubları tərəfindən AFFA-ya müraciətlər ünvanlanıb və müvafiq qaydada araşdırılıb. Sənədlərə baxış keçirilən zaman heç bir müraciətin AFFA və PFL tərəfindən təqdim olunan meyarlara uyğun gəlmədiyi müəyyən olunub.

Beləliklə, tələb olunan meyarlara uyğun şəkildə sənədlər təqdim olunmadığı üçün müraciət etmiş klubların 2022/2023-cü il mövsümündə Birinci Divizionda çıxışı təmin olunmayacaq.

Xəbər 337 dəfə oxundu.