“Partizan” güclənir
“Neftçi” klubunun Avrora Liqasının qrup mərhələsindəki rəqibi olan “Partizan” yeni transfer edib. İdman.com.az saytının məlumatına görə, “qəbirqazanlar” çernoqoriyalı müdafiəçi Yarko Tomaşeviclə gücləniblər. 22 yaşlı futbolçu “Partizan”a azad agent kimi gəlib və 2 illlik müqavilə imzalayıb. Qeyd edək ki, "Patizan” - “Neftçi” matçı sentyabrın 20-də baş tutacaq.

Xəbər 2429 dəfə oxundu.