Azərbaycan UEFA reytinqində 2022/2023-cü il mövsümü üçün xal ehtiyatını yenidən artırıb
Azərbaycan UEFA reytinqində 2022/2023-cü il mövsümü üçün xal ehtiyatını yenidən artırıb.

Bu, “Qarabağ”ın UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşündə İsveçrənin “Sürix” klubu ilə əlavə vaxtda 2:2 hesablı səfər heç-heçəsi sayəsində mümkün olub. Bu nəticə ölkəmizin aktivinə daha 0,125 xal gətirib.

Lakin Azərbaycan bu mövsüm üzrə xal sayını 0,625-ə, son 5 mövsümdə isə 13,250-yə çatdırmasına baxmayaraq 29-cu pillədə qalıb.

Azərbaycanın digər təmsilçiləri “Neftçi”, “Zirə” və “Qəbələ” UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsindəki cavab görüşlərini bu gün keçirəcəklər.

Xəbər 403 dəfə oxundu.