Azərbaycan klubları UEFA Konfrans Liqasında cavab oyununa çıxırlar | |
Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq. Azərbaycan klubları - "Neftçi", "Qəbələ" və "Zirə" cavab oyunları keçirəcək. Əvvəlcə Qəbələnin eyniadlı təmsilçisi evdə Macarıstan "Fehervar"ını qəbul edəcək. Saat 20:00-da başlayacaq matçı avstriyalı FIFA referisi Kristofer Yager idarə edəcək. "Qırmızı-qaralar" ilk görüşdə 1:4 hesabı ilə "Neftçi" "Bakcell Arena"da Kipr "Aris"ini sınağa çəkəcək. Saat 21:00-da start götürəcək qarşılaşmanın baş hakimi almaniyalı Bastian Dankert olacaq. "Ağ-qaralar" Larnakadakı ilk matçda məğlub olub - 0:2. "Zirə" isə İsraildə "Makkabi" (Təl-Əviv) komandasının qonağı olacaq. "Blumfild" stadionundakı oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Matçda ədaləti xorvatiyalı FIFA referisi Mario Zebets qoruyacaq. "Qartallar" Bakıdakı ilk görüşdə 0:3 hesabı ilə uduzub. UEFA Konfrans Liqası II təsnifat mərhələsi, cavab oyunları 20:00. "Qəbələ" (Azərbaycan) - "Fehervar" (Macarıstan) Hakimlər: Kristofer Yager, Robert Ştaynaxer, Santino Şrayner, Markus Hameter (Avstriya) Qəbələ şəhər stadionu İlk oyun - 1:4 21:00. "Neftçi" (Azərbaycan) - "Aris" (Kipr) Hakimlər: Bastian Dankert, Yan Zaydel, Eduard Baytinger, Sven Yablonski (Almaniya) Bakı, "Bakcell Arena" İlk oyun - 0:2 21:30. "Makkabi" (Təl-Əviv, İsrail) - "Zirə" (Azərbaycan) Hakimlər: Mario Zebets, Xrvoe Radiç, Luka Puşiç, Ante Çulyak (Xorvatiya) Təl-Əviv, "Blumfild" stadionu İlk oyun - 3:0 Qeyd edək ki, "Qəbələ" - "Fehervar" cütünün qalibi III təsnifat mərhələsində “Petrokub-Hinçesti” (Moldova) / “Laçi” (Albaniya) oyununun güclüsü, "Neftçi" - "Aris" cütünün qalibi “Rapid” (Vyana, Avstriya) / “Lexiya” (Qdansk, Polşa) cütünün güclüsü, "Makkabi" - "Zirə" cütünün qalibi isə Yunanıstanın "Aris" (Saloniki) klubu ilə qarşılaşacaq. |
|
Xəbər 330 dəfə oxundu. |
|
|