İtaliyada maaşlar azalıb
İtaliya «A» Seriyasında klublarda maaş və mükafatlar fondu 2012-2013-cü illər mövsümü üçün 1 milyard 39 milyon avro olacaq. «Gazzetta dello Sport» 20 elit klubun hamısında futbolçuların maaşları barədə məlumatları dərc edib. Ölkədəki iqtisadi böhran klubları maaşları azaltmağa vadar edir.

Məsələn, «Milan»la «İnter» ötən illə müqayisədə maaş xərclərini, müvafiq olaraq, 60 və 40 milyon avro azaldıblar. Bununla belə, «Milan» yenə də 120 milyonla 1-ci yerdədir. Sonrakı yerləri «Yuventus» (115 milyon) və «Roma» (95 milyon) tuturlar. «İnter» maaş xərcləri bu dəfə 90 milyon olacaq. Bütövlükdə maaş fondu bu mövsüm 866,3 milyon olacaq. Mükafatları da nəzərə almaqla bu rəqəm 1 milyard 39 milyona çatır.

İdman.com.az saytının məlumatına görə, fərdi maaşlarda «A» Seriyada ən yüksək maaş «Yuventus»un qapıçısı Canluici Buffonda, «Roma»nın havbeki Daniele de Rossidə və «İnter»in yarımmüdafiəçisi Uesli Sneyderdədir. Onların hər biri bir ildə 6 milyon avro qazanırlar.

Xəbər 1039 dəfə oxundu.