V İslam Həmrəyliyi Oyunlarında həndbol yarışlarının vaxtı müəyyənləşib
Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında həndbol yarışları avqustun 7-də start götürəcək.

Avqustun 13-də yarımfinallar, bir gün sonra isə final və üçüncü yer uğrunda görüş keçiriləcək.

Azərbaycanın kişi həndbol millisi B qrupunda Türkiyə və İranla mübarizə aparacaq.

Qadınlardan ibarət millimiz isə İran, Əfqanıstan və Kamerun yığmaları ilə B qrupunda qüvvəsini sınayacaq.

Xəbər 304 dəfə oxundu.