Qadın və kişilərdən ibarət yığma komandalarımız Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcəklər
İyulun 28-dən avqustun 10-dək Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası keçiriləcək.

Kişi şahmatçılardan ibarət Azərbaycan millisinin heyətində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli və Nicat Abasov mübarizə aparacaq. Qadın şahmatçılardan ibarət yığmada isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva yer alıblar.

Olimpiadada kişilərin yarışında 188, qadınların turnirində isə 150 ölkədən komandalar iştirak edəcəklər.

Qeyd edək ki, 42-ci Ümumdünya Şahmat Olimpiadası 2016-cı ildə Bakıda keçirilib.

Xəbər 264 dəfə oxundu.