“İdman hamı üçün” devizi altında stolüstü idman yarışları keçirilib
Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində “İdman hamı üçün” devizi altında stolüstü idman yarışları keçirilib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən Pensiya Yaşına Çatmış Şəxslər üçün Sosial Xidmət Müəssisəsində yaşayan ahıllar arasında “İdman hamı üçün” devizi altında idmanın kütləviliyini artırmaq və həmçinin onların asudə vaxtlarının səmərəli təşkili məqsədilə stolüstü idman yarışları (dama, şahmat, nərd) keçirilib.

Sonda Pensiya Yaşına Çatmış Şəxslər üçün Sosial Xidmət Müəssisəsinin direktoru Samirə Mehtiyeva, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Cəlil Əlizadə qalibləri diplom və medallarla təltif ediblər.

Xəbər 396 dəfə oxundu.