Azərbaycan – Özbəkistan oyununda qalib müəyyənləşməyib
Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirib.

Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirilmiş oyun 2:2 hesabı ilə başa çatıb. Millimizin heyətində Murad Məmmədov və Niyazi Osmanov fərqlənib.

Komandalar arasında növbəti oyun iyulun 29-da keçiriləcək.

Xəbər 308 dəfə oxundu.