Qadın güləşi üzrə Azərbaycan millisi İslamiadaya Türkiyədə hazırlaşacaq
Qadın güləşi üzrə Azərbaycan milli komandası iyulun 26-da Türkiyəyə yollanıb

Yığmamız baş məşqçi əvəzi Rövşən Umudovun rəhbərliyi altında Niğdədə yerli komanda ilə birgə təlim-məşq toplanışı keçəcək. Konyada təşkil olunacaq İslam Həmrəyliyi Oyunlarına hazırlıq xarakteri daşıyan hazırlıq prosesi avqustun 8-dək davam edəcək.

Türkiyə səfərindən əvvəl AGF-in İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev, baş katibin müavini Orxan Məmmədov, Əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Cəfərov və Olimpiya çempionu Toğrul Əsgərov komanda üzvləri ilə görüşərək onlara məsul yarışda uğurlar arzulayıblar.

Qeyd edək ki, heyətdə Mariya Stadnik, Türkan Nəsirova (hər ikisi 50 kq), Leyla Qurbanova (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq) və Gözəl Zutova (72 kq) yer alıblar.

Xəbər 354 dəfə oxundu.