Bakının "Sabah" klubu Bolqarıstanda növbəti yoxlama oyununu keçirib
Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışında olan Bakının "Sabah" futbol kluni növbəti yoxlama oyununu keçirib.

Bakı təmsilçisi Kiprin Yüksək Liqasında çıxış edən "Atrikas Xlorakas"la qarşılaşıb. Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

"Sabah"ın heyətində Davit Volkov və Anatoli Nuriyev fərqləniblər.

Qeyd edək ki, "Sabah" ilk yoxlama görüşündə İsrailin "Hapoel" (Hadera) klubuna uduzub - 0:1.

Xəbər 289 dəfə oxundu.