Azərbaycan cüdoçusu Murad Əliyev Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında gümüş medal qazanıb
Azərbaycan cüdoçusu Murad Əliyev Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında gümüş medal qazanıb.

Festivalda 55 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz finalda gürcüstanlı Daviti Lomitaşviliyə uduzaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, bu gün Könül Əliyeva (48 kq) və Nurlan Kərimli (60 kq) də final görüşünə çıxacaqlar.

Xəbər 366 dəfə oxundu.