Azərbaycanlı hakim Avropa çempionatının final görüşünü idarə edib
Beynəlxalq dərəcəli azərbaycanlı hakim Fuad Ağayev 17 yaşadək qız voleybolçular arasında keçirilən Avropa çempionatının final görüşünü idarə edib.

O, Çexiyanın Hradec Kralove şəhərində təşkil olunan yarışın həlledici matçın birinci referisi olub.

Finalda İtaliya və Türkiyə milliləri üz-üzə gəliblər. Matçda 3:1 (25:16, 23:25, 25:20, 25:22) hesabı ilə qələbə qazanan İtaliya millisi qitənin ən güclüsü adına yiyələnib.

Xəbər 396 dəfə oxundu.