Yeniyetmələr arasında keçirilən minifutbol turnirinə yekun vurulub
Gənclər və İdman Nazirliyinin yaranmasının 28-ci ildönümü münasibətilə keçirilən minifutbol turnirinə yekun vurulub. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə təşkil olunan yarışda Bakının bütün rayonlarını əhatə edən 2007-2009-cu il təvəllüdlü yeniyetmələrdən ibarət 12 komanda mübarizə aparıblar.

“Azfar” stadionunda keçirilən final oyununda Nəsimi və Binəqədi rayonlarının komandaları üz-üzə gəlib. Oyun Nəsimi rayonunun komandasının 5:1 hesablı qələbəsi ilə başa çatıb. Üçüncü yerə isə Suraxanı rayonunun komandası layiq görülüb.

Xəbər 277 dəfə oxundu.