“Qəbələ”nin rəqibi 18 yaşlı futbolçu ilə müqavilə imzalayıb
UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan Macarıstanın “Fehervar” klubu növbəti transferini gerçəkləşdirib.

Sekeşfehervar şəhərini təmsil edən klub bosniyalı Faruk Hodjiçi heyətinə qatıb.

Bu barədə əvvəl Bosniya və Herseqovinanın “Sarayevo” klubunda çıxış etmiş 18 yaşlı dayaq yarımmüdafiəçisi instaqram səhifəsində paylaşım edib. Lakin "Fehervar" hələ bununla bağlı rəsmi açıqlama yaymayıb.

“Qəbələ" – "Fehervar" oyunu iyulun 28-də baş tutacaq. Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 20:00-da start veriləcək. Macarıstandakı ilk görüşdə meydan sahibləri 4:1 hesabı ilə qalib gəlib.

Xəbər 389 dəfə oxundu.