“Bavariya” klubu “Renn”in hücumçusu Mathis Teli transfer edib
Almaniyanın “Bavariya” klubu “Renn”in hücumçusu Mathis Teli transfer edib.

Fransalı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. On yeddi yaşlı oyunçu yeni klubunda 39 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Almaniya mətbuatı Münxen təmsilçisinin bu transfer üçün 20+8,5 milyon avroya xərclədiyini, futbolçu ilə 2027-ci ilin yayınadək müqavilə imzalandığını yazıb.

Xəbər 284 dəfə oxundu.