Şamaxıda muay-tay üzrə “Dəmir yumruq-6” respublika turniri keçiriləcək
Azərbaycan Muay-tay Tayboks Federasiyasının və Şamaxı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə muay-tay üzrə “Dəmir yumruq-6” respublika turniri keçiriləcək.

iyulun 30-31-də Şamaxıda təşkil ediləcək turnirin keçirilməsində məqsəd torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsini yad etmək, yeniyetmə və gənclərdə vətənpərvərlik hisslərini daha da gücləndirmək, eyni zamanda idmançılarda yarış təcrübəsini zənginləşdirmək və idmanın kütləviliyinə nail olmaqdır.

Yarışda 150-yə yaxın idmançının iştirakı planlaşdırılıb.

Xəbər 470 dəfə oxundu.