Azərbaycan millisinin heyətində dəyişiklik olub
Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.

“Zirə” klubunun qapıçısı Səlim Həşimov UEFA Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində İsraildə keçiriləcək “Makkabi” (Təl-Əviv) – “Zirə” oyunu üçün əsas komandaya cəlb olunduğundan millinin düşərgəsini tərk edib. Onun yerinə “Turan Tovuz”dan Ümid Cəfərov heyətə cəlb olunub.

Xəbər 297 dəfə oxundu.