“Selta” klubu ispaniyalı futbolçu ilə müqaviləni yeniləyib
İspaniyalı hücumçu Yaqo Aspas “Selta” ilə müqaviləni uzadıb.

Bunu İspaniya klubunun mətbuat xidməti açıqlayıb.

Forvard 2025-ci ilədək La Liqa təmsilçisinin şərəfini qoruyacaq. Aspas yetirməsi olduğu “Selta”da 2009-2013-cü illərdə çıxış edib. Sonra “Liverpul” və “Sevilya”nın formasını geyinən Yaqo 2015-ci ildə İspaniya təmsilçisinə qayıdıb.

Qeyd edək ki, 418 matçda 184 qola imza atan 34 yaşlı hücumçu klub tarixinin ən yaxşı bombardiridir.




Xəbər 332 dəfə oxundu.